Yasamal rayonunun sakinləri təbii qazın kəsilməsindən şikayətçidirlər
Yasamal rayonu, Xaqan Dadaşov küçəsində bu gün demək olar ki, qaz gəlməyib. Sakinlərin Mediainfo.az saytına açıqlamasında bildirilir ki, səhər saat 10.00-dan etibarən təbii qaz kəsilib.
"Səbəb də bildirilmir. Heç kimin borcu yoxdur, olsa da həmin ünvanın qazı kəsilməlidir. Soyuqda evlərdə xəstə, uşaq, körpələr var. Yemək-içmək hazırlamaq mümkün olmayıb. Ailə üzvlərimiz ac-susuz qalıb. Buna nə vaxt əncam çəkiləcək?" - deyən küçənin sakinlərinin dərdinə şərik olmağa çalışdıq.
Lazımi orqanlardan əldə etdiyimiz məlumata görə, sözügedən küçəyə təbii qazın verilməməsinin səbəbi təmir işləridir. Bir-iki saatdan sonra təmir başa çatacaq və evlər yenə də təbii qazla təmin olacaq.
Rəfael
Digər xəbərlər































































































