Halil Kan: “Heç kim Türkiyənin uğurlarına kölgə sala bilməz”

Halil Kan: “Heç kim Türkiyənin uğurlarına kölgə sala bilməz”

8 Avqust 2016 13:03
Bəyəndim (0) Bəyənmədim (0)
Ağır vəziyyətdə olan bir xəstə cəmi bir günə əməliyyata alınır, sağlığına qovuşur və evə buraxılır

Müasir tibb elmi durmadan inkişaf edir. Zamanında insanların qarşısında aciz qaldığı xəstəliklər artıq kiçik bir müdaxilə ilə həllini tapır. Hətta ən ağır xəstəliklər belə müasir tibb elmi qarşısında təslim olmaq üzrədir. Analoji inkişaf tendensiyası tibbin kardiologiya sahəsində daha çox müşahidə olunur. İndi həyata keçirilən profilaktik tədbirlər nəticəsində qan-damar sistemində yaranan fəsadlar, o cümlədən ürəyin funksional pozuntusu halları rahatlıqla aradan qaldırıla bilir.

Bu günlərdə "Son dakika" qəzetinin direktoru, tanınmış jurnalist Halil Kan ürəkdə yaranan çoxsaylı problemlər diaqnozu ilə Adananın "Acı Badem" xəstəxanasına yerləşdirildi. Vəziyyəti qənaətbəxş deyildi. Dərhal təcrübəli həkimlərdən ibarət konsilium yaradıldı. Şəbə müdiri Yalçın Çukadar, professor Necati Zincirli və doktor Musa Ergünün rəhbərliyi ilə fəaliyyətə başlayan tibbi personal qısa zamanda xəstəliyin mənşəyini və fəsadlarını müəyyən edərək, sonrakı fəaliyyət proqramını hazırladılar. Xəstə cərrahi əməliyyata hazırlandı. Zamanında həyata keçirilən düzgün müdaxilə nəticəsində xəstəliyin nəticəsi aradan qaldırıldı. Səhəri gün pasiyent evə buraxıldı. Daha sonra reabilitasiya mərhələsində xəstəliyin səbəbi də ortadan qaldırıldı. Məsələ ilə bağlı Mediainfo.az-a açıqlama verən Halil Kan xəstəliyinin yaranma səbəblərinə toxunarkən bunları söylədi: "Mütəmadi surətdə ürək arılarımdan əziyyət çəkirdim. İyul ayının 11-də ağır pristupla Adananın "Acı Badem" xəstəxanasına yerləşdirildim. Vəziyyətim orta ağır olaraq qiymətləndirilirdi. Hər an gözlənilməz hadisələr baş verə bilərdi. Lakin xoşbəxtlikdən savadlı və təcrübəli həkimlərin sayəsində kritik vəziyyətdən çıxarıldım. Dərhal əməliyyata alındım və cəmi bir günə evə buraxıldım. Nə mutlu bizə ki, Türkiyədə Yalçın Çukadar, Necati Zincirli və doktor Musa Ergün kimi mütəxəssislər var. Onların və onlar kimi yüzlərlə savadlı kadrların sayəsində Türkiyədə tibb elmi dünya standartları səviyyəsinə çatdırılıb. Təsəvvür edin, ağır vəziyyətdə olan bir xəstə cəmi bir günə əməliyyata alınır, sağlığına qovuşur və evə buraxılır. Məgər bu, tibb elminin nailiyyəti deyilmi? Ümumiyyətlə, son illər Türkiyədə həyata keçirilən düzgün daxili və xarici siyasətin nəticəsində ölkəmiz hər bir sahədə dinamik inkişaf edir, o cümlədən tibdə. Dövlətimizin bu uğurları danılmazdır. Məhz bu nailiyyətləri, uğurları qorumaq və inkişaf etdirmək üçün mən də hər bir Türkiyə vətəndaşı kimi dövlətçiliyimizin arxasında olduğumu dilə gətirməyi özümə borc bilirəm. Məhz buna görə də 15 iyul çevriliş cəhdlərini qətiyyətlə qınayıram və vətəndaş mövqeyimi dilə gətirmək məqsədilə Adanada keçirilən birlik və bərabərlik mitinqlərində bilavasitə iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, heç kim Türkiyənin uğurlarına, həmçinin Azərbaycan-Türkiyə qardaşlığına kölgə sala bilməz".

Mediainfo.az