Rusiyanın "Pervıy" telekanalının aparıcısı İradə Zeynalova işindən uzaqlaşdırıldı!

Rusiyanın "Pervıy" telekanalının aparıcısı İradə Zeynalova işindən uzaqlaşdırıldı!

25 Avqust 2016 14:12
Bəyəndim (0) Bəyənmədim (0)
Onun yerinə Valeriy Fadeyev təyin olundu

Rusiyanın məşhur "Pervıy" ("Birinci") telekanalının tanınmış aparıcısı olan İradə Zeynalova yeni mövsümdən etibarən iş yerini dəyişəcək. Belə ki, həmyerlimiz açıqlamaq istəmədiyi səbəbdən həftəlik analitik veriliş olan "Vremya"dakı fəaliyyətini dayandırmalı olub.

Telekanaldan əldə olunan məlumata görə, İradə Zeynalovanın yerinə "Vremya"nın yeni aparıcısı kimi mediaholdinqin baş direktoru Valeriy Fadeyev təyin olunub.

Həmyerlimiz olan xanım aparıcı isə sözügedən telekanalda işini davam etdirəcək. Sadəcə olaraq, tok-şou aparıcısı olmaq şərtilə.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü İradə Zeynalova əslən azərbaycanlıdır. Onun atası Rusiyada mötəbər məmurlardan biri olub. Maddi cəhətdən heç bir sıxıntı keçirməyən teleaparıcı 1997-ci ildən etibarən jurnalistikada fəaliyyətə başlayıb.

Xatırladaq ki, onun Svetlana adlı bacısı da "Birinci" telekanalda səhər verilişinin aparıcısıdır.

İ.Zeynalovanın həyat yoldaşı Aleksey Samolyotov da eyni adlı telekanalda işləyir. O, "Vesti", "Vesti Moskva", "Mir na qrani" kimi reytinqli verilişlərin jurnalistidir. 10 ildən çoxdur ki, qurulan birgə nikahdan iki oğul övladları var: Teymur və Oleq.

Hazırladı: Könül Aypara