Millət vəkili Hacı Salayevin ailəsinə itki üz verib

Millət vəkili Hacı Salayevin ailəsinə itki üz verib

23 Oktyabr 2016 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin deputatı Hacı Salayevin ailəsinə ağır itki üz verib. Anası Şərqiyyə xanım dünyasını dəyişib.

Xatırladaq ki, millət vəkili Hacı Salayev Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Milli Məclisin Bolqarıstan, Estoniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. 2012-ci ildən Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr qrupunun rəhbəridir.

2011-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini seçilib və hal-hazıradək həmin vəzifəni tutur.

2015-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən "Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə" Medalı ilə (Медаль "За укрепление парламентского сотрудничества") təltif edilmişdir.

Mediainfo.az