269 saylı məktəbin 4-cülərindən möhtəşəm tədbir

269 saylı məktəbin 4-cülərindən möhtəşəm tədbir

14 İyun 2017 14:07
Bəyəndim (0) Bəyənmədim (0)
İdeya müəllifi valideynə aid olub

Bakı şəhəri Xətai rayonu, R. Məmmədov adına 269 saylı orta məktəbin 4e sinfi (rus bölməsi) buraxılış tədbiri həyata keçirib. Mediainfo.az xəbər verir ki, yüksək səviyyədə təşkil olunmuş tədbir "Olivium" restoranında baş tutub.

Sinfin rəhbəri Rəfiqə müəllimənin başçılığı ilə gerşəkləşən bu tədbirdə valideynlər də xüsusi canfəşanlıq göstəriblər. Səhnəciklər, mahnılar, müəllimlərə həsr olunmuş şeirlər səsləndirilib, uşaqların yaradıcılıq qabiliyyəti ələlxüsus nümayiş olunub. İstedadlı 4-cülər böyük həvəslə valideynlərinə və müəllimlərinə həsr etdiklərini göstəriblər.

Onu da xüsusi vurğulayaq ki, bu tədbirdə şagirdlər eyni geyimdən istifadə ediblər: oğlanlar qara şalvar, ağ köynək. bənövşəyi papion, qızlar isə bənövşəyi yubka, ağ köynək.

Tədbirin sonunda şagirdlər ürək şəkilli şarlarını havaya buraxıblar. Yeyib, içib əylənən "Olivium"un balaca qonaqları xatirə şəkilləri çəkdirməyi də unutmayıblar.

Sinfin əlaçıları olan Məmmədov Yusif Tahir oğlu, Turab Xanlarov, Həcər Həsənzadə və digərləri fəxri fərmanlarla təltif olunublar.

4e sinfinin valideynləri vətənə layiq tərbiyəli, savadlı, ağıllı şagirdlər yetişdirdiklərinə görə İradə müəlliməyə (Azərbaycan dili), Svetlana Həmidovnaya (İngilis dili), Səbinə Xanlarovnaya (informatika), Qalina İvanovnaya (İdman) təşəkkürlərini bildiriblər. Bu möhtəşəm layihənin ideya müəlliflərindən olan valideyn Nigar xanım Quliyevaya, Aybəniz Məcidovaya, Günay Sadıxovaya, Dəniz xanıma təşəkkürnamə də verilib.

Hazırladı: Könül QOCAYEVA AYPARA