CANINI ALARAM, MƏNƏM SEVGİ CƏLLADIN...
Hər zaman yaradıcılıq axtarışlarında olan bəstəkar-müğənni Arif Səlimov ifaçılıq fəaliyyətində yeniliyə imza atdı. Belə ki, o yeni üslubda “ Gizli eşq” adlı bəstəsini yekunlaşdırdı. 2025 –ci ildə ilk bəstələdiyi və ifa etdiyi “ Gizli eşq” adlı mahnının sözləri dəyərli şairəmiz , vətənpərvər ziyalımız Sailə Pənaha aiddir. Bu mahnıdakı dinamika fəqlidir. Fəlsəfi notlara köklənən sözlərə bəstələnən mahnı hərəkətlidir və yeni tərzdə yazılıb , dinamikdir. Mahnının aranjemanı Ağasi Nəsirova məxsusdur. Mahnı yaxın günlərdə efirlərdə təqdim olunacaq. Yaradıcı heyətə uğurlar arzulayırıq. Müsahibə zamanı Arif Səlıimov bizlərə “CANINI ALARAM, MƏNƏM SEVGİ CƏLLADIN... “ oxuyub dayandı. Tezliklə mahnının bütöv versiyasını efirlərdən izləyəcəksiniz- dedi.
Alim Nəbioğlu