ABŞ Ayı öz ərazisi elan edib: Neomüstəmləkəçilik, yoxsa dəlilik?

10 Aprel 2020 12:45
Bəyəndim (1) Bəyənmədim (23)

Prezident Donald Tramp Ayın ABŞ ərazisi olduğu və kommersiya baxımdan mənimsənilməsinə dəstək verilməsi barədə fərman imzalayıb. O, bununla bağlı illər öncə BMT tərəfindən qəbul edilmiş qətnamənin tanınmaması barədə fərman imzalayıb. Başqa sözlə, Tramp ABŞ-ın özəl biznesinə ayı öz ərazisi kimi mənimsəməyə icazə verib.

Niyə Tramp, Amerikanın koronavirusun boyunduruğu altında inlədiyi və yoluxmuş insanların sayına görə dünya lideri olduğu bir vaxtda indi bir skandal sərəncamə imzaladı? Nyu-Yorkda COVİD-19 tuğyan edir, küçələr səyyar meyitxanalar və hərbi texnika ilə doludur. Sanki "soyuq müharibə" dövründə olduğu kimi amerikalılar təhlükəsiz yerdə gizlənə bilmək üçün yeraltı bunkerlər tikməyə başlayıblar. Hadisələrin gedişi göstərir ki, ABŞ-da COVİD-19 qurbanlarının sayı 200 mini keçə bilər. Məşhur türk həkim İbn Sina deyirdi ki, qorxu, həyacan təşvişə düşmək xəstəliyin bir yarısı, əmin-amanlıq isə sağlamlığın ikinci yarısıdır. Amma indiki vəziyyətdə yaxşı xəbəri haradan və necə alasan?
Tramp Ay haqqında verdiyi fərmanla eyni vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus təhlükəsi ilə əlaqədar Amerikanı aldatdığını iddia edərək adı çəkilən qurumun maliyyələşdirilməsini dayandırmağa söz verdi. Ola bilsin ki, bununla da Tramp psixoterapevt rolunda çıxış edir, ölkəni stressdən çıxarmağa çalışır və xoş xəbər verir. Tramın bu niyyəti baş tutsa Ay Puerto Rikonun bənzərinə çevriləcək və kovboy modası ilə tikilmiş skafandrlarda turistlər oraya yerləşdiriləcək. Əlbəttə əgər virus Amerikanı məhv etməsə, bəlkə də haçansa Vaşinqton Ayı fəth etmək arzularını reallaşdıra biləcək.

Hələlik sə ABŞ-ın haşansa Ayı fəth edə bilib- bilməyəcəyi məlum deyil.
Amma amerikanlar istənilən dünya böhranından uğurla çıxmaq üçün heyrətamiz bacarıq nümayiş etdirirlər. Buna ən parlaq nümunə hər iki dünya müharibəsini göstərmək olar. Belə ki, Birinci və İkinci dünya müharibəsindən trilyonlarla dollar gəlir əldə edən ABŞ oldu.
1929-1933-cü illərdə baş verən depressiya dövründə də ABŞ ondan güclənmiş halda çıxmağı bacardı. Məhz 1930-cu illərdə kinoda məşhur "Şanxay Ekspres" (1932), "Kinq-Kong" (1933), "Küləklə sovrulmuş" (1939) filmlərinin çəkilişi başlandı. Böyük bəstəkar Corc Gershvin 1935-ci ildə özünün məşhur "Porqi və Bess"operasını Brodvedə tamaşaya qoymuşdur. 1930-cu illərin əvvəllərində Nyu-Yorkda "Empire State-Bildinq"göydələni tikildi. Uzun müddət dünyanın ən yüksək binası hesab edilirdi.

O dövrün ən əhəmiyyətli nailiyyəti elmi kəşflər oldu. İnsanlığın ən böyük yüksəlişi Böyük Depressiya dövrünə niyə baş verdi? Bu, hələlik böyük bir sirr olaraq qalır.

İndi təəccüblü görünə bilər, amma həmin dövrdə ABŞ-da sağlam düşüncəli fundamental elm çiçəkləndi. 1932 - ci ildə amerikalı Karl Anderson ilk antihissəciyi-pozitronu tapdı. Həmin il Harold Yuri deyteri hidrogen izotopunu, yəni ağır suyu kəşf etdi. Bununla da əvvəllər insanın ağlına belə gətirə bilmədiyi böyük enerji ehtiyatlarına yol açan yeni elm yarandı. Nəticədə, İtaliyadan ABŞ-a köçən dahi Enriko Fermi Çikaqoda stadionun tribunası altındakı ilk reaktorda idarə olunan nüvə reaksiyasını həyata keçirdi. Onu da deyək ki, Çikaqonu yalnız Amerika mafiyasının vətəni hesab etmək ədalətsizlikdir, şəhər həm də atom bombasının vətənidir.

Bütün hallarda qeyd edək ki, Ayın mənimsənilməsi üçün Amerikanın maliyyə və texnoloji imkanları var. NASA Dünya kosmik büdcəsinin 75 faizi NASA-nın payına düşür. Prinsipcə, Amerika digər ölkələri əməkdaşlığa cəlb etmədən Ayın müstəmləkələşdirilməsinə başlaya bilər. Amma qonşu səma cismi amerikalı biznesmenləri nə ilə cəlb edə bilər? Tramp Fərmanında faydalı qazıntıların istismar edilməsindən danışır. Amma Tramp hansı faydalı qazıntıdan söhbət açır? Məgər Yer üzündə faydalı qazıntıların hamısı məhv olubmu?

Ayınəsas faydalı qazıntısı Helium-3 ola bilər. Ondan termonüvə yanacağı kimi istifadə etmək olar. Bununla da bəşəriyyətin bütün enerji problemləri həll edilərdi və OPEK və başqa neft baronlarının ağalığına son qoyardı. Hesablamalar var ki, bir ton helium-3 enerjisi ilə 20 milyon ton neft bərabərdir. Amma bu gələcəyin işidir. Birincisi, helium-3-dən yanacaq kimi necə istifadə etməyi öyrənmək lazımdır. Yəni Yer üzündə süni günəş stansiyası inşa etmək lazımdır. İkincisi, termonüvə reaktoru üçün yanacaq kifayət qədər hidrogen ola bilər, hansı ki, artıq Yerdə ondan kifayət qədərdir. Üçüncüsü, ayda helium-3-in kiçik miqdarda hasilatı, sahəsi Texas boyda olan bir sahəsi olan mədənlərin tikintisini tələb edəcək. Aydındır ki, Bəşəriyyət bu cür ehtiyatlara malik deyil.
Yeri gəlmişkən, Rusiya aya hazırlaşmırmı? Sergey Korolev vaxtilə Verner von Braunu belə bir yarışda geridə qoydu. SSRİ kosmik eranın əvvəlində ABŞ-la yarışda Aya peyk göndərən ilk ölkə yoldu. Amma siyasi iradənin çatışmazlığı nəticəsində Aya ilk ayaq basan ABŞ astronavtları oldu. Putin və Medvedev dəfələrlə müxtəlif forumlarda auditoriyanı Rusiyanın Ay desantı ilə bağlı planlarla həvəsləndiriblər. Bununla yanaşı, ABŞ prezidentləri də Ay və Marsla bağlı fantastik fikirlər irəli sürdülər. Lakin Ay, siyasətçilərin indiki nəsli üçün konkret məqsəd deyil, siyasi manipulyasiya alətidir.
Rusiyanın uzunmüddətli Luna proqramında 2030-cu ildə üç kosmonavtın Aya endirilməsi nəzərdə tutulur, harada onlar iki həftə qalacaqlar. 2034-cü ildə Ay bazasının tikintisinə başlanacaqdır. Uçuşlar hələ inşası başa çatdırılmalı olan "Şərq" kosmodromundan başlanacaq. Ay missiyası üçün raket və gəmi də hazırlanmalıdır. Bundan başqa, 2019-cu ildə Ayın arxa tərəfinə səyyar stansiya endirən Çinlə əməkdaşlıq haqqında danışıqlar aparılır.

Məsələ ilə bağlı onu da deyək ki, kosmonavtikada bir rəhbərin nəzdində düşünülmüş və həyata keçirilən layihələr uğur qazanır. Liderin dəyişdirilməsi zamanı kosmik proqramların həyata keçirilməsinin gecikməsi baş verir. Bu ABŞ, SSRİ və Rusiya üçün ümumi qanunauyğunluq hesab edilir.
Amma Tramp 2034-cü ildə ABŞ-ı idarə etməyəcək, Putin isə öz vəzifəsində qalacaq. Ona görə də Rusiyanın kosmik liderliyini bərpa etmək və Ayı özününüküləşdirmək çevirmək şansı var.
Əziz Mustafa

Amma Tramp 2034-cü ildə ABŞ-ı idarə etməyəcək, Putin isə öz vəzifəsində qalacaq. Ona görə də Rusiyanın kosmik liderliyini bərpa etmək və Ayı özününküləşdirmək şansı var.
Əziz Mustafa

Oxuməni.az