Gəncəyə ballistik raketi Ermənistan Rusiyanın razılığı ilə atıb?

Gəncəyə ballistik raketi Ermənistan Rusiyanın razılığı ilə atıb?

17 Oktyabr 2020 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Gəncə şəhərinə Ermənistan tərəfindən ballistik raketin atılmasının Rusiyanın razılığı ilə həyata keçirilməsi barədə şübhələr mövcuddur. Belə ki, dünən Rusiya Təhlükəsizlik Şurasının iclasında Qarabağ münaqişəsi müzakirə edilib. Bunun ardınca da gecə Gəncənin Ermənistan tərəfindən ballistik raketlə atəşə tutulması baş verən vəhşiliyin arxasında Rusiyanın dayana bildiyi barədə şübhələrin və müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Heç kəsə sirr deyil ki, Rusiya bu münaqişədə Ermənistana pərdəarxasından dəstək verir. Belə ehtimal edilir ki, Rusiya Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasına pərdəarxasında yaşıl işıq yandırmaqla müharibədə vəziyyəti Ermənistanın xeyrinə dəyişdirmək və Azərbaycanı bölgəyə rus sülhmərmalılarını gətirmək üçün Moskvadan xahiş etməyə məcbur etmək istəyir...

Xatırladaq ki, bundan əvvəl də Ermənistan Gəncəyə ballistik raket atmazdan əvvəl Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilmişdi və orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdi. Bütün bunlarla Gəncəyə ballistik raketin atılması arasında hansısa gizli əlaqənin ola bilməsi ehtimalı kifayət qədər yüksək görünür və heç də baş verənlər təsadüfi hadisəyə oxşamır. Zənnimizcə Azərbaycanın məsələ ilə bağlı Rusiyadan izahat istəməsinə ehtiyac var...

Əziz Mustafa

Oxuməni.az