Myanma hərbçiləri: "Bu, çevriliş deyil!"

Myanma hərbçiləri: "Bu, çevriliş deyil!"

17 Fevral 2021 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

Nəzarətə alınan Myanma müxalifət lideri Aung San Su Çji-yə hərbi hökumət tərəfindən ikinci ittiham irəli sürüldü. Onun təbii fəlakətlərin aradan qaldırılması nəticələrinin faydasız olduğunun və buna görə üç il azadlıqdan məhrum ediləcəyi bildirilir. Eyni ittiham əvvəllər Myanma Prezidenti Vin Myinə qarşı da irəli sürülmüşdü. Vəkil, ölkədəki koronavirus pandemiyası səbəbi ilə Aung San Su Çji'nin hakim ilə video əlaqə yolu ilə görüşdüyünü söylədi.

Bu arada, Myanma hərbçiləri ölkədə baş verən kütləvi etirazları qınayırlar və 1 fevralda hakimiyyətin ələ keçirilməsini hərbi çevriliş adlandırmaqdan imtina edirlər. Bu barədə çərşənbə axşamı ilk mətbuat konfransında ordunun rəsmi nümayəndəsi briqada generalı Zo Min Tun məlumat verdi. O, həbs olunan Aung San Su Çji və Vin Myingin sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu vurğuladı.

Briqada generalı Zo Min Tun: "Aung San Su Çji və Vin Myin-i etibarlı bir yerdə saxlayırıq, onlar sağlamdırlar. Bu da həbs olunmaq kimi deyil - evlərində qalırlar. Bu məsələdə qanuna uyğun davranmağa davam edəcəyik. Demək istəyirəm ki, qanundan kənara çıxmayacağıq. "

Bu arada isə Myanmanın paytaxtı Yangonda buddist rahiblər hərbi hökumətə qarşı etiraz yürüşü təşkil etdi. Nümayişçilər sıralarında rahiblərin olması əhalisinin böyük əksəriyyətinin buddist olduğu bir ölkədə etiraz hərəkatına yeni güc verə bilər.

Emin Axund