Rəşat Kəsəmənli qonaqlıq verdi
Dünən məhəbbət şairi Nüsrət Kəsəmənlinin nəvəsinin ad günü idi. Belə ki, Rəşat Kəsəmənli dost-tanışlarını başına yığaraq, sonbeşiyinin – Əsmanın bir yaşını qeyd etdi.
Tədbir şəhərin mərkəzində yerləşən "Çarıq" restoranında keçirildi. Məclisə qohumlarla yanaşı, Rəşatın məşhur dostları da qatılmışdı. Teleaparıcı Azər İsmayılov, rejissor Şahin Zəkizadə, Elçin Məmmədli, Zaur Zeynal və s. balaca Əsmanın ad günündə xeyli əyləndilər.
"Oxu Məni" qəzeti və Mediainfo.az saytının əməkdaşları da məclisdə iştirak etdilər. Balaca jurnalistimiz Vəli və Banu Qocayevlər Əsmanı təbrik edib, onu tortkəsmə mərasimində yalnız qoymadılar. Xatırladaq ki, Əsmanın böyük bacısı Zəhra da öz "şücaəti" ilə fərqləndi. Bütün musiqiləri oxuyub, xeyli oynadı. Anası Əfqanə Kəsəmənlinin bildirdiyinə görə, Zəhra bacısının ad günündə o qədər uşaqlarla oynayıb, qaçıb-tullanıb ki, evə çatar-çatmaz yuxulayıb.
Öz növbəmizdə Kəsəmənli ailəsini təbrik edir, "Allah atalı-analı böyütsün!" – deyirik!
Hazırladı: Könül Aypara
































































































