Səkkizinci sinif şagirdini maşın vurub öldürdü - FOTO

Səkkizinci sinif şagirdini maşın vurub öldürdü - FOTO

3 Fevral 2015 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücü döyüldükdən sonra polisə təhvil verilib

Yanvarın 31-də saat 17.25 radələrində, 20 yanvar küçəsi-36-nın qarşısında Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rəşad Alışov idarə etdiyi "Opel" markalı avtomobillə, həmyerlisi 2001-ci il təvəllüdlü Sərxan Yaqubovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı fevralın 2-də günorta saatlarında orada dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

Əlavə edək ki, dünyasını dəyişən Sərxan 211 saylı orta məktəbin şagirdi olub. Hadisə baş verən gün sürücü ətrafdakılar tərəfindən döyüldükdən sonra polisə təhvil verilib.

Hazırladı: Könül Aypara