Cəlilabadda intihar hadisəsi baş verib
Salamat Ağayevin canına qəsd etməsinin səbəbi övlad arzusu olub
Cəlilabadın Şatırlı kənd sakini, 1977-ci il təvəllüdlü Salamat Baləhməd oğlu Ağayev özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125–ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Mərhumun xalası oğlunun Mediainfo.az-a verdiyi məlumata görə, Salamatın canına qəsd etməsinin səbəbi övlad sahibi ola bilməməsidir. Belə ki, uzun müddətdir İranda, Türkiyədə həyat yoldaşı ilə birgə müalicələrə baş vuran S.Ağayev nəhayət ki, övlad sahibi olsa da, uşaq dünyaya gəlməmiş anasının bətnində tələf olub. Bundan depresiyaya düşən Salamat da həyatından bezərək, çıxış yolunu özünəqəsddə görüb.
Mediainfo.az
Digər xəbərlər
































































































