Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçiriləcək

Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçiriləcək

6 May 2020 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

6 may tarixində Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsi ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq.

Oxuməni.az-ın məlumatına görə, Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının "Bizi birləşdirən mədəniyyət" layihəsinin Xalq artisi Əlibaba Məmmədova həsr olunmuş həftəsi çərçivəsində BMM-nin solistləri xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndirəcəklər. Mədəniyyət kanalı və BMM-nin "Facebook" səhifəsindən canlı yayımlanacaq efirdə xanəndələr Babək Quliyev ( Şuşalı) "Qızıl güllər arasında" və "Vilayəti" təsnifi, Elnur Zeynalov "Şur" təsnifi , Səbinə Ərəbli "Mehriban həkim" mahnısını, balaban ifaçısı Rəfael Əsgərovun ifasında isə "Azərbaycan maralı" xalq mahnısı təqdim olunacaq.

Oxuməni.az