KTMT-nin baş katibi: Ermənistanla Azərbaycan arasında gərginlik davam edir

KTMT-nin baş katibi: Ermənistanla Azərbaycan arasında gərginlik davam edir

31 Mart 2023 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanla Azərbaycan arasında gərginlik çoxillik ziddiyyətlərin nəticəsi olaraq qalmaqdadır.

Oxuməni.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmagambetov bildirib.

"Ermənistan və Azərbaycan arasında çoxillik ziddiyyətlərin nəticəsi olaraq Qafqaz regionunda gərginlik davam edir", - deyə o, Katibliyin rəhbər heyətinin və təşkilatın birləşmiş qərargahının geniş müşavirəsində bildirib.

Bundan başqa, KTMT katibliyində müşavirənin yekunları üzrə qeyd ediblər ki, "Ermənistan-Azərbaycan sərhədində və Qarabağ zonasında vəziyyət ciddi destabilizasiya ilə doludur".

"KTMT-nin baş katibinin qiymətləndirməsinə görə, Cənubi Qafqazdakı vəziyyət ciddi destabilizasiya ilə doludur. Qarabağ və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı risklər aktual olaraq qalır", - Katiblikdən bildiriblər.

Əziz Mustafa, Oxuməni.az