Avropa Komissiyası yeni sanksiyalara hazırlaşır

Avropa Komissiyası yeni sanksiyalara hazırlaşır

18 Aprel 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətini davam etdirməsinə cavab olaraq Avropa Komissiyası aprelin 24-də adı çəkilən ölkəyə qarşı yeni 14-cü sanksiya paketini müzakirə edəcək.

Bu barədə "Polskie Radio" radiostansiyasının yaydığı məlumatda deyilir. Qeyd edilir ki, bununla bağlı quruma üzv ölkələrin nümayəndələrinə dəvət göndərilib.

Hələlik sanksiyalar paketinə nələrin daxil edildiyi məlum deyil.

Güman edilir ki, sanksiyaların əsas hədəfləri Rusiyaya hansısa yollarla yardımlar göstərən iş adamları, şirkətlər olacaq.

Oxuməni.az