2018-ci ildə yoxa çıxan milyarder Moskvada rus sevgilisi ilə yaşayır

2018-ci ildə yoxa çıxan milyarder Moskvada rus sevgilisi ilə yaşayır

18 Aprel 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ən zəngin alman iş adamlarından biri 6 il əvvəl Alp dağlarında yoxa çıxıb və cəsədi tapılmayıb. İndi jurnalistlər onun Moskvada yaşadığını, qardaşının isə baş verənlərdən xəbərdar olduğunu iddia edirlər. Prokurorluq araşdırmaya başlayıb.

2018-ci ildə yoxa çıxan və o vaxtdan bəri öldüyü güman edilən alman milyarder Karl-Erivan Haub Moskvada rus sevgilisi ilə yaşaya bilər.

Haub Alp dağlarında xizək sürərkən yoxa çıxıb və 6 gün davam edən axtarışlara başlansa da, 58 yaşlı iş adamının cəsədi tapılmayıb. O, Almaniyanın "Tengelmann Group" supermarketlər şəbəkəsinin rəhbəri və ortaq sahibi olub. 2018-ci ildə onun sərvəti Forbes tərəfindən 6,4 milyard dollar olaraq qiymətləndirilib və o, ən zəngin almanlardan biri olub. Onun həyat yoldaşı və iki övladı qalıb.
Materialda milyarderin qardaşı Kristian Haubun iş adamının ölümünün səhnələşdirilməsindən xəbəri olduğu, lakin həqiqəti söyləmədiyi bildirilir. Qardaşı yoxa çıxandan sonra o, şirkətin rəhbərliyində yer alıb və təhlükəsizlik xidmətinə milyarderin başına gələnlərin alternativ versiyaları ilə şayiələri yatırtmağı tapşırıb. Yerli mətbuatda bu haqda material yayılmasından az sonra Köln prokurorluğu itkin düşən milyarderin qardaşına qarşı istintaqa başlayıb.
Milyarder yoxa çıxmazdan 3 gün əvvəl 44 yaşlı rusiyalı Veronika Ermolovanın nömrəsinə 13 dəfə zəng edib, söhbətlərdən biri bir saatdan çox çəkib. Jurnalistlər müəyyən ediblər ki, Haub və Ermolova müxtəlif illərdə eyni vaxtda Moskva, Soçi və digər şəhərlərdə olublar və 2009-cu ilin mayında onlar Moskva-Sankt-Peterburq marşrutu ilə eyni gecə qatarında, lakin müxtəlif kupelərdə hərəkət ediblər. Qadın o vaxt Sankt-Peterburqda səyahət agentliyini idarə edib . Ermolovanın hazırda səyahət xidmətləri şirkəti olan "Russian Event"-in marketinq direktoru kimi çalışdığı bildirilir.

Haubun 2021-ci ildə Moskvada çəkildiyi deyilən fotoşəkillər dərc edilib, fotoşəkildəki adamın Haub ilə oxşarlığı təxminən 90% təşkil edir.

Oxuməni.az