Hindistan yeni parlamentini seçir

Hindistan yeni parlamentini seçir

19 Aprel 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Hindistanda parlament seçkiləri keçirilir. Seçkilərin birinci mərhələsində 21 ştatdakı 187 min seçki məntəqəsində 166 milyondan çox insan səs verəcək. Seçkilərdə parlamentin aşağı palatasındakı 102 yer uğrunda 1625 namizəd mübarizə aparır.

Qeyd edək ki, əhalisi 2 milyarda çatan Hindistanda parlament seçkiləri 7 mərhələdə aparılır. Seçkilərin sonuncu mərhələsi iyunun 1-də baş tutacaq. Seçkilərdə qalib gəlməyə əsas namizəd hakim Hindistan Xalq Partiyası (Bharatiya Janata Partiyası, BJP) hesab edilir.

Oxuməni.az