İrandan nüvə ilə bağlı təhlükə

İrandan nüvə ilə bağlı təhlükə

19 Aprel 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

“İsrail ölkəmizin nüvə obyektlərinə qarşı hərbi təhdidlərini davam etdirsə, nüvə proqramını dəyişdirə bilərik” - deyə İran İnqilab Keşikçiləri Ordusunun Nüvə Mərkəzlərinin Mühafizə Birliklərinin komandanı Əhməd Haktelep bildirib.

Eyni zamanda komandan, İsrailin İrana qarşı mümkün əks-hücum zamanı nüvə obyektlərini hədəf alacağına dair iddiaları da dəyərləndirib.

Əlavə olaraq Haktelep qeyd edib ki, “İsrail ölkəmizin nüvə obyektlərinə hücum etməyə cəhd edərsə, İsraildəki nüvə obyektlərinin koordinatları əlimizdə var və bu mərkəzləri raketlərlə vurmağa hazırıq".

Oxuməni.az