10500 metr yüksəklikdən paraşütlə tullandılar

10500 metr yüksəklikdən paraşütlə tullandılar

19 Aprel 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Üç nəfər Rusiya vətəndaşı yerin stratosferində 10500 metr yüksəklikdə "İlyuşin-76" təyyarəsindən Şimal qütbünə paraşütlə tullanaraq dünya rekordu qırıblar.

Mixail Korniyenko, Aleksandr Linnik və Denis Yefremov adlı üç rusiyalı 10500 metr hündürlükdə uçan “İlyuşin-76” təyyarəsindən tullanıblar.

Onlar yerə enməmişdən min metr əvvəl paraşütlərini açmadan təxminən iki dəqiqə sərbəst enişdə olublar.

Paraşütçülərin sürəti saatda 300 kilometrdən çox olub. Tullanma anında isə havanın temperaturu -70 dərəcəni göstərib…

Oxuməni.az