İran paytaxtı Tehrandan köçürmək planı üzərində işləyir
İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını bildirib. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, prezident planın hazırlanmasına məsul vəzifəsini birinci müavini Məhəmməd Rza Arefi təyin edib. “Bu məsələyə məhəl qoymamaq ölkəmizi gələcəkdə ekoloji böhran və bir çox başqa problemlərlə üzləşdirə bilər”, - Pezeşkian bildirib.
Sentyabrın 7-də İran prezidenti İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. Dövlət başçısının qeyd etdiyi kimi, Tehran hazırda başqa yolla həlli mümkün olmayan problemlərlə üzləşib. İran Məclisinin (birpalatalı parlament) daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi deyib ki, müvafiq hazırlıqlar görülərsə,paytaxtı başqa yerə köçürmək olar.