Polşa Rusiyanın digər konsulluqlarını da bağlaya bilər
Moskva hadisələrin istənilən inkişafına hazırdır. Bunu Rusiyanın Varşavadakı səfiri Sergey Andreev Rusiyanın Poznandakı baş konsulluğunun bağlanmasından sonra Polşa ilə münasibətləri şərh edərkən bildirib.
“İndiki şəraitdə hər şey mümkündür. Biz hadisələrin istənilən inkişafına çoxdan hazırıq”, - səfir “Rossiya 24” telekanalında Varşavanın digər Rusiya konsulluqlarının bağlanması ehtimalından danışarkən deyib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Poznandakı Rusiya konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı verdiyi razılığı geri götürüb, orada çalışan üç diplomat Polşa ərazisində “arzuolunmaz şəxslər” kimi tanınıb. O, bunu Rusiya xüsusi xidmət orqanlarının göstərişi əsasında Vrotslavda yanğın törətməyi planlaşdıran diversantın saxlanılması ilə izah edib. Polşa səlahiyyətliləri konsulluğun bağlanması və diplomatların ölkəni tərk etməsi üçün noyabrın 30-dək vaxt verib.
Oxuməni.az