Jurnalist 7 il müddətinə azadlıqdan məhrum edilib

Jurnalist 7 il müddətinə azadlıqdan məhrum edilib

29 Noyabr 20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Pekin məhkəməsi Çin Kommunist Partiyası ilə əlaqəsi olan Guangming Daily qəzetinin keçmiş redaktor müavini Dong Yuyunu casusluq ittihamı ilə 7 il həbs cəzasına məhkum edib. Reuters bu barədə onun ailəsinin bəyanatına istinadən xəbər verir.

Dong Yuyu 2022-ci ildə yapon diplomatı ilə nahar edərkən saxlanılıb. Təhlükəsizlik xidmətləri yapon diplomatı bir neçə saat saxlayıb və bu, Yaponiya Xarici İşlər Nazirliyinin etirazına səbəb olub. Dong Yuyunun ailəsinin dediyinə görə, hökmdə jurnalistin görüşdüyü iki yapon diplomatı “casus təşkilatının agentləri” adlandırılır. Dong Yuyu öz peşəsinə görə mütəmadi olaraq xarici diplomatlar və jurnalistlərlə görüşürdü.

1987-ci ildən Guangming Daily-də işləyir. Köşələrində o, ÇXR rəhbərliyini birbaşa tənqid etmədən mötədil islahatların tərəfdarı idi. 2007-ci ildə Harvard Universitetində Nieman Təqaüdü almışdır və daha sonra Yaponiya universitetlərində qonaq mühazirəçi olmuşdur.

Oxuməni.az