İsrailin Qəzza zolağına hücumu 7 nəfərin ölümünə səbəb olub

İsrailin Qəzza zolağına hücumu 7 nəfərin ölümünə səbəb olub

10 Dekabr 2024 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində azı 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsində reyd zamanı bir neçə yaşayış binasını partladıblar.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzada HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə əməliyyat keçirib.

Oxuməni.az