Suriyanın yeni hakimiyyəti Rusiyanın ölkəni tərk etməsini istəmir

Suriyanın yeni hakimiyyəti Rusiyanın ölkəni tərk etməsini istəmir

29 Dekabr 2024 15:06
Bəyəndim (1) Bəyənmədim (0)

Dəməşqin yeni hakimiyyəti Rusiyanın strateji maraqlarla bağlı olan dövlətlər arasında ikitərəfli münasibətlərin zərərinə ölkəni tərk etməsini istəmir. Bu barədə Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

“Biz Rusiyanın Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini istəmirik,”- o bildirib.

Əl-Şaraanın vurğuladığı kimi, Dəməşq və Moskvanı ölkələrin itirə bilməyəcəyi strateji maraqlar birləşdirir.

Əvvəllər bildirilmişdi ki, Suriyanın yeni hakimiyyət orqanları Latakiya və Tartus əyalətlərində yerləşən hərbi bazalardan istifadəyə dair Rusiya ilə yaxın gələcəkdə razılaşmanı pozmaq niyyətində deyil. Tərəflər Dəməşqdə hakimiyyət dəyişikliyinin Moskva ilə hərbi obyektlərin icarəsi ilə bağlı müqavilələrin ləğvi üçün əsasa çevrilməməsi üçün danışıqlar aparır.

Almaz Həsənli