Rusiyanın döyüş maşınını qidalandıran kimya fabrikləri

Rusiyanın döyüş maşınını qidalandıran kimya fabrikləri

31 Dekabr 2024 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Maliyyə məlumatlarının təhlili göstərir ki, Rusiyanın ən varlı adamlarından bəzilərinin qurduğu və ya sahib olduğu kimya fabrikləri Ukraynadakı müharibə zamanı Moskva ordusunun istifadə etdiyi partlayıcı maddələr istehsal edən obyektləri materialla təmin edib. Reuters xəbər agentliyi qeyd olunanlar haqqında məlumat toplayıb.
Reuters, müharibənin başlanğıcından bu ilin sentyabrına qədər Rusiyanın ən böyük partlayıcı zavodlarına dəmir yolu ilə daşınan əsas kimyəvi maddələrin 75 faizindən çoxunu təmin edən bəzi milyarderin pay sahibi olduğu kimya şirkətlərini müəyyən edib.
Xəbər agentliyinin təhlili ilk dəfə olaraq Rusiyanın döyüş maşınının bir hissəsini təşkil edən fabriklərin bu adamlardan və onların şirkətlərindən nə qədər asılı olduğunu ortaya qoyur.
Milyarderlər arasında “Çelsi” Futbol Klubunun keçmiş sahibi Roman Abramoviç də var.
Milyarderlərin özləri Qərb sanksiyaları altında olsalar da, iştirak edən kimya şirkətləri böyük maliyyə cəzalarından, ABŞ və ya Avropa İttifaqından kritik malların idxalına qoyulan qadağalardan xeyli dərəcədə xilas olublar…

Oxuməni.az