Umerov Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqlarında iştirak edəcək

Umerov Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqlarında iştirak edəcək

22 Mart 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Umerov martın 24-də Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında keçiriləcək növbəti danışıqlarda iştirak edəcək. Ukraynanın “Strana.ua” nəşri xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski çexiyalı həmkarı Petr Pavellə keçirdiyi brifinqdə deyib.

"Komanda kifayət qədər yüksək səviyyədə olacaq, bunlar texniki cəhətdən peşəkar insanlardır, ayrıca müdafiə naziri də olacaq və düşünürəm ki, biz çox sürətli və çox konkret olmağa hazır olacağıq", - Ukrayna lideri bildirib.

Martın 11-də Ciddədə Ukrayna ilə ABŞ arasında danışıqlar baş tutub. Kiyevdən görüşdə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiha və müdafiə naziri Rustem Umerov iştirak ediblər. Amerika nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals başçılıq edib.

Ukrayna mətbuatı danışıqların birinci raundunun Kiyevin dənizdə və səmada atəşkəslə bağlı təklifinə, eləcə də nadir torpaq mineralları üzrə sazişə həsr olunduğunu yazıb. İkinci raundda müzakirə təhlükəsizlik təminatlarına çevrildi.

Danışıqlar başlamazdan əvvəl Vaşinqton görüşün əsas məqsədini “sülh razılaşması və atəşkəs üçün çərçivə yaratmaq” kimi təsvir edib. Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə etməyi və Ukrayna tərəfi üçün əlverişsiz şərtlərin tətbiqi cəhdlərinə müqavimət göstərməyi planlaşdırırdı.

Əziz Mustafa, Oxuməni.az