
ABŞ Maskın Pentaqona səfəri qalmaqalını araşdırmağa başlayıb
ABŞ Müdafiə Nazirliyi milyarder İlon Maskın Pentaqona səfərindən sonra yalan detektorundan istifadə edərək daxili araşdırmaya başlayıb. Bu barədə Bloomberg yazır.
İstintaq məxfi məlumatların sızma mənbələrini müəyyən etməlidir. Təhqiqat başa çatdıqdan sonra araşdırmaların nəticələrini və tövsiyələri özündə əks etdirən hesabatın müdafiə naziri Piet Heqsetə təqdim ediləcəyi gözlənilir.
Mask öz növbəsində sızdırmaya yol verən işçilərin cəzalandırılmasını istəyib.
Martın 20-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Müdafiə Nazirliyi Maskla gizli brifinq keçirməyi planlaşdırır. Nəşrin məlumatına görə, Pentaqon əməkdaşları iş adamı üçün Amerika-Çin silahlı münaqişəsi zamanı hakimiyyətin planları barədə təqdimat hazırlayıblar.
Əziz Mustafa, Oxuməni.az