
Ər-Riyadda ABŞ-Ukrayna danışıqları yekunlaşıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş başa çatıb. Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov X sosial şəbəkədəki səhifəsində məlumat verib.
Ukrayna müdafiə departamentinin rəhbəri yazıb ki, görüş məhsuldar olub və diqqət mərkəzində saxlanılan əsas məsələlərə, o cümlədən energetika məsələsinə toxunulub.
Umerov qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin məqsədi davamlı və ədalətli sülhə nail olmaqdır.
“Prezident Vladimir Zelenskinin məqsədi ölkəmiz və xalqımız üçün, daha doğrusu, bütün Avropa üçün ədalətli və davamlı sülhü təmin etməkdir. Biz bu məqsədi reallaşdırmaq üçün çalışırıq”, - deyə nazir əlavə edib.
Bu gün, martın 24-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar baş tutacaq.
Almaz Həsənli