
İlon Mask Robotlar Ordusu yaratmağa söz verdi
“Tesla”-nın baş direktoru İlon Mask 2025-ci ilin sonuna qədər 5000 “Optimus” robotu yaratmağı planlaşdırır. Bu, sahibkarın X-də keçirdiyi strim zamanı məlum olub.
Canlı yayında “Tesla”nın rüblük hesabatı zamanı Mask “Optimus” robotlarının istehsalındakı irəliləyişdən danışdı. Milyarder bildirib ki, onun şirkəti ilin sonuna qədər 5 min robot istehsal etməlidir. “10.000 vahidin yarısını alsaq, uğurlu olacağımızı söyləyəcəyəm. Amma hətta 5000 robot da Roma legionunun ölçüsünə bərabərdir”, - Mask qeyd edib. Müxtəlif dövrlərdə Qədim Romada bir legion 2-10 min əsgərdən ibarət idi.
"Düşünürəm ki, biz sözün həqiqi mənasında bir legion quracağıq: bu il ən azı bir robot legionu, sonra isə gələn il bəlkə də 10 legion," -deyə İlon Mask söz verib. Beləliklə, Mask bir növ özünəməxsus “ordu” yaratmaq üçün 50 min “Optimus” robotu istehsal etmək niyyətindədir.
Sahibkar vurğulayıb ki, robotların yaradılması “Tesla” üçün tamamilə yeni işdir, ona görə də şirkət səhvlərə yol verir. Eyni zamanda Mask öz robotlarını “Tesla”nın ən qiymətli sərvəti adlandırıb. Onun fikrincə, “reallığı idarə etməyə və tələb olunan tapşırıqları yerinə yetirməyə qadir olan ağıllı humanoid robotların” yaradılmasına imkan verən istehsalı qiymətləndirmək çətindir.
Almaz Həsənli