
Husilər Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə zərbə endiriblər
Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə hücum edib. Bunu Husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya öz Teleqram kanalında bildirib.
O qeyd edib ki, raket qüvvələri, pilotsuz təyyarələr və dəniz qüvvələri birgə əməliyyat keçirib. Yəhya Sariyanın sözlərinə görə, bir qrup gəmiyə rəhbərlik edən “Harry Truman” təyyarədaşıyan gəmisi də hücuma məruz qalıb.
Bir gün əvvəl Yəhya Sariya Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə növbəti hücumu barədə məlumat vermişdi. Onun sözlərinə görə, Amerikanın Yəmənə təcavüzü və Səna və Səadada dinc əhaliyə qarşı irimiqyaslı zərbələrə cavab olaraq dəniz qüvvələri, raket qüvvələri və pilotsuz sistem qüvvələri Qırmızı dənizdə ABŞ-ın bir neçə hərbi gəmisinə,o cümlədən təyyarədaşıyan “Harri Truman”la hücum edib.
Martın 23-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Yəmənin paytaxtı Sənanın qərbindəki Əsr bölgəsində Ənsar Allah hərbi bazasına iki hava zərbəsi endirib.
Həmin gün ABŞ-ın Yəmənin Əl-Hodeyda əyalətində husi tərəfdarlarının istifadə etdiyi iddia edilən Salif limanını vurduğu bildirildi.
Əziz Mustafa, Oxuməni.az