
İsrail ordusu Hizbullahın tank əleyhinə bölmə komandirini məhv edib
İsrail ordusu Hizbullahın tank əleyhinə bölmə komandirini məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, bazar ertəsi, martın 24-nə keçən gecə İsrail hərbçiləri Livanın cənubundakı Nəbatiyyə şəhəri ərazisinə hücum ediblər. Zərbə zamanı Hizbullahın tank əleyhinə bölməsinin komandiri Həsən Kamal Halavi öldürülüb.
"Müharibə zamanı Halavi İsrail dövlətinə qarşı çoxsaylı terror aktlarına görə məsuliyyət daşıyırdı. O, yaraqlıların hərəkətinə və Livanın cənubuna silah-sursat verilməsinə şərait yaradıb. Son aylarda Halavi mülki İsrail vətəndaşlarına qarşı terror fəaliyyətini davam etdirib", - bəyanatda deyilir.
Suriyada insident martın 25-i səhər saatlarında İsrail hərbçiləri Suriyanın cənubunda onlara atəş açan bir neçə terrorçunu müəyyən edib.
Əsgərlər cavab atəşi açıb və İDF terrorçuları məhv edib.
Əziz Mustafa, Oxuməni.az