Cənubi Koreyada Rusiya gəmisi yanıb: Ağır yaralılar var

Cənubi Koreyada Rusiya gəmisi yanıb: Ağır yaralılar var

26 Mart 13:32
Bəyəndim (1) Bəyənmədim (0)


Cənubi Koreyanın Pusan şəhərində Kamçxon limanından 8 km aralıda dənizdə Rusiyanın "Crystal Asia" gəmisində yanğın baş verib.
"Martın 26-da yerli vaxtla saat 7:14-də Kamçxon (Pusan) limanından 8 km məsafədə dənizdə Rusiyanın "Crystal Asia" refrijerator gəmisində (23 nəfərlik ekipajdan 22-si Rusiya vətəndaşı olub) yanğın baş verib. Pusan dəniz polisinin açıqlamasına görə, altı rusiyalı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır", - deyə məlumatda belə bildirilib.
Bütün zərərçəkənlər operativ şəkildə Pusandakı tibb müəssisələrinə aparılıb. Baş Konsulluq yerli hakimiyyət orqanları ilə daimi əlaqə saxlayır.

Aqşin Qoca, Oxuməni.az