İsveç Soyuq Müharibədən bəri ən böyük silahlanma elan edib

İsveç Soyuq Müharibədən bəri ən böyük silahlanma elan edib

28 Mart 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç Soyuq Müharibədən bəri ən böyük silahlanmanı həyata keçirməyə hazırlaşır. Ukraynaya hərbi yardımın artırılması da planlaşdırılır.

Bu barədə İsveçin baş naziri Ulf Kristersson X sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Qeyd olunur ki, martın 26-da İsveç hökuməti genişmiqyaslı yenidən silahlanma planını təqdim edib. Kristersson bildirib ki, ölkənin müdafiə xərcləri artıq NATO-nun ÜDM-in 2%-i hədəfindən artıqdır. Lakin o, bunun kifayət etmədiyi qənaətindədir.

İsveçin baş naziri əlavə edib ki, ölkəsi 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5%-nə qədər artırmağı planlaşdırır.

"Biz İsveçin müdafiə xərclərini 2030-cu ilə qədər ÜDM-in təxminən 3,5%-nə çatdırmağa yönəlmiş iddialı bir plan təqdim etmişik. Plana kreditlə dəstəklənən sərmayələr daxildir (təxminən 300 milyard dollar və ya 5 milyard dollar)"- Kristersson bildirib.

O, əlavə edib ki, 2025-ci ildən etibarən ölkə 25 milyard İsveç kronu (təxminən 2,5 milyard dollar) dəyərində silah almağı planlaşdırır. Çatdırılmalar 2026-2028-ci illər üçün planlaşdırılır. İsveç hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, raket artilleriyası, fərdi qoruyucu avadanlıq və sursat almaq istəyir.

İsveç hökuməti hibrid təhlükələrə qarşı mübarizə tədbirlərini gücləndirmək üçün yeni tədbirlər paketi üçün 2025-ci il üçün əlavə təxminən 9,6 milyard dollar ayırmağı təklif edir.

Əziz Mustafa, Oxuməni.az