
ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməyəcək
ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, indi birbaşa danışıqların vaxtıdır. Bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
"Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş [münaqişənin] iki tərəfi arasında aparılmalıdır", - “RİA Novosti” Bryusun sözlərini sitat gətirir.
Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi əmin edib ki, vasitəçi kimi çıxış etməkdən imtina etməsinə baxmayaraq, ABŞ sülhə nail olmaq üçün bütün səylərini göstərəcək. Amma indi bunun üçün Rusiya və Ukraynadan “konkret ideyalar” tələb olunacaq.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Vens Moskva ilə Kiyev arasında birbaşa danışıqlara hazırlaşmaq üçün ABŞ-a 100 gün vaxt vermişdi. Siyasətçi “Fox News”-da deyib: "Biz bu adamları bir araya gətirmək üçün növbəti 100 gün ərzində çox çalışacağıq".
Almaz Həsənli