
Tramp 8 may tarixini ABŞ-ın İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib
ABŞ prezidenti Donald Tramp “Thruth Social” sosial şəbəkəsində bildirib ki, Birləşmiş Ştatlar Birinci və İkinci Dünya Müharibələrində qələbəyə digər ölkələrlə müqayisədə “müqayisə edilməz dərəcədə çox” töhfə verib.
PrezidentTramp həmçinin iki müharibə üçün müvafiq olaraq 11 noyabr və 8 may tarixlərini yeni bayramlar - Qələbə günləri elan etdi.
ABŞ prezidenti əlavə edib ki, “qələbələrimizi qeyd etməyə” başlamağın vaxtı çatıb. "Biz hər iki müharibədə qalib gəldik, heç kim bizə güc, cəsarət və hərbi bacarıqla belə yaxınlaşmadı, amma biz daha heç nəyi qeyd etmirik, çünki daha bunu necə edəcəyini bilən liderlərimiz yoxdur!" – Donald Tramp yazıb.
Almaz Həsənli
Digər xəbərlər