Ukrayna pilotsuz təyyarələri mart və aprel aylarında 160 min hədəfi məhv edib

Ukrayna pilotsuz təyyarələri mart və aprel aylarında 160 min hədəfi məhv edib

10:27
Bəyəndim (4) Bəyənmədim (0)

Ukrayna əsgərləri dronlardan istifadə edərək 160 min hədəfə hücum edib. Cəmi iki ay ərzində strateji önəm daşıyan Rusiyaya məxsus hərbi hədəflər darmadağın edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Facebook-da məlumat yayıb.

"Son iki ayda - mart və apreldə pilotsuz təyyarələrimiz 160 mindən çox düşmən hədəfini vurub məhv edib", - general qeyd edib.

O, əlavə edib ki, dronlardan istifadənin effektivliyi hər ay artır. Bu, ruslara sübut edir ki, onlar Ukrayna torpağında xoş qarşılanmazlar.

Sırski effektiv döyüş işi nümayiş etdirən həm kişi, həm də qadın ukraynalı müdafiəçilərə təşəkkür edib.

Yada salaq ki, Sırski daha əvvəl bildirmişdi ki, aprel ayında ukraynalı müdafiəçilər 83 mindən çox hədəfi vurub məhv ediblər.

Generalın sözlərinə görə, bu nəticə mart ayı ilə müqayisədə 8% çoxdur.

Ali baş komandan həmçinin bildirib ki, pilotsuz uçuş aparatları ilə bağlı məsələlərlə bağlı müşavirə keçirib. Xüsusilə, pilotsuz təyyarə sistemləri bölmələrinin hazırlanması sisteminin formalaşdırılması üçün yol xəritəsi hazırlanıb.

Eyni zamanda, Sirski bu yaxınlarda qeyd edib ki, Ukrayna pilotsuz təyyarələri düşmənin elektron müharibə sistemlərinə qarşı daha davamlı olur.

Əziz Mustafa, Oxuməni.az