Tramp Aİ-ndan idxal rüsumunu iyulun 9-na qədər təxirə salıb

Tramp Aİ-ndan idxal rüsumunu iyulun 9-na qədər təxirə salıb

26 May 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp 2025-ci ilin iyununda Avropa İttifaqından idxala 50 faizlik gömrük rüsumunun tətbiqi ideyasından imtina edib.”Reuters” agentliyinin məlumatına görə, o, Avropa İttifaqından idxala 50 faizlik rüsum tətbiq etmək planını iyulun 9-dək təxirə salmağa razılaşıb.
Tramp mayın 23-də Aİ ilə danışıqların kifayət qədər sürətlə getməməsindən məyus olaraq iyunun 1-dən etibarən 50% tarifləri tövsiyə etdiyini söylədi. Prezidentin təhdidləri qlobal maliyyə bazarlarında narahatlıq yaradıb və ticarət müharibəsini qızışdırıb.
Avropa Komissiyasının sədri Ursula von der Leyen mayın 25-də bazar günü ona Aİ-nin razılığa gəlmək üçün daha çox vaxta ehtiyacı olduğunu söylədikdən sonra Tramp təslim olub.
Telefon danışığı zamanı o, ondan tariflərin tətbiqini iyul ayına qədər təxirə salmağı xahiş edib. Tramp jurnalistlərə açıqlamasında razılaşdığını bildirib. ABŞ prezidenti zəng haqqında danışarkən bunu “çox xoş” adlandırıb.
Ursula fon der Leyen isə öz növbəsində X sosial şəbəkəsində Trampla “yaxşı söhbət” etdiyini və Aİ-nin tez hərəkət etməyə hazır olduğunu yazıb.
Trampın qərarından sonra avro və ABŞ dolları yen və İsveçrə frankı qarşısında bahalaşıb.

Almaz Həsənli