Litva sərhədində qaçaqmalçılıqla bağlı AB Belarusa qarşı sanksiyalar hazırlayır
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Litva sərhədindən qaçaqmalçılıqla keçirilən şarların sayının artması səbəbindən Avropa Birliyi Belarusa qarşı yeni sanksiyalar hazırlayır.
Xanım fon der Leyen bildirib ki, Belarusun bu "hibrid hücumu" tamamilə qəbuledilməzdir. O, məktubunda yazıb: "Biz Litva ilə tam həmrəyik".
Bu gün Litvanın xarici işlər naziri Kestutis Budris və nəqliyyat naziri Yuras Taminskas qaçaqmalçılıq hallarının artması səbəbindən Avropa Komissiyasını Belarusa qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıblar. Nazirlər həmçinin Belarusdan öz ərazisində ilişib qalmış Litva yük maşınlarını geri qaytarmasını istəyiblər.
Litva oktyabr ayının sonunda Belarusla sərhədini bağlayıb. Buna cavab olaraq Minsk Litva qeydiyyatlı yük maşınlarının hərəkətini məhdudlaşdırıb. 20 noyabrda Litva hakimiyyəti sərhədi yenidən açıb.
Əziz MUSTAFA












































.jpg)
.jpg)
.jpg)
































