Alman siyasətçiləri Ukraynaya qoşun göndərilməsinin tərəfdarıdırlar
Bəzi alman siyasətçiləri hesab edirlər ki, Ukraynada potensial sülhməramlı missiyada alman qoşunlarının iştirakı istisna edilməməlidir.
Bu barədə Der Spiegel məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Almaniya kansleri Fridrix Merts bu yaxınlarda Ukraynaya qoşun göndərilməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb, Sosial Demokrat parlament fraksiyası isə bu ehtimala açıq qalır.
Lakin bəzi alman siyasətçiləri hazırda Bundesverin Ukraynada potensial sülh müqaviləsini dəstəkləməkdə iştirakı ehtimalını müzakirə edirlər.
Avropa Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmerman hesab edir ki, Almaniya Ukraynada mümkün sülhməramlı səylərə hazır olduğunu açıq şəkildə bildirməlidir.
"Əlbəttə ki, Almaniya mümkün sülhməramlı əməliyyatlarda iştirak etməlidir; bu, hər kəs üçün aydın olmalıdır", - deyə o qeyd edib.
Bundestaqda hakim XDİ-nin müdafiə siyasəti üzrə eksperti Roderix Kizevetter də oxşar fikri bölüşür, baxmayaraq ki, o, belə bir ssenarinin yalnız sonrakı mərhələdə mümkün olduğuna inanır.
"Quru qoşunları məsələsi yalnız atəşkəsdən sonra ortaya çıxacaq. Özünü aparıcı güc elan edən Almaniya, ən azı ictimai bəyanatlarında heç nəyi istisna etməməlidir", - deyə o bildirib.
Kizevetterə görə, Almaniya "müvafiq, yəni geniş Almaniya iştirakı" ilə hüquqi cəhətdən məcburi əsasda sözdə könüllülər koalisiyası təşkil etməlidir. Hər halda, "könüllülər koalisiyası"nın qoşunları NATO və AB mövqelərini dəstəkləyən üçüncü tərəflərin töhfələrinə də açıq olmalıdır.
Əziz Mustafa

































































.jpg)
.jpg)
.jpg)















