Ukrayna və ABŞ dəstək planı barədə razılığa gəliblər
Ukrayna və ABŞ dörd bölmə və düzəlişlərdən ibarət hərbi sənəd üzərində razılığa gəliblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov məlumat verib.
Qnatov sənəddə Kiyevə və Ukrayna Silahlı Qüvvələrinə necə dəstək veriləcəyi barədə məlumatların, eləcə də qoşunların tədarükü və modernləşdirilməsi məsələlərinin yer aldığını aydınlaşdırıb. Həmçinin, müqavilələrə riayət olunmasına nəzarət mexanizmləri və uyğunsuzluq halında tədbirlər müəyyən edilib.
Oxşar işlər Ukraynanın digər tərəfdaş ölkələri ilə də aparılır. Bir bölmə "könüllülər koalisiyasının" fəaliyyəti ilə bağlıdır.
Əziz MUSTAFA
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)















