ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi Serxio Qor Özbəkistan və Qırğızıstana səfər edəcək

ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi Serxio Qor Özbəkistan və Qırğızıstana səfər edəcək

14:20
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi Serxio Qor 4-7 fevral tarixlərində Qırğızıstan və Özbəkistana səfər edəcək.

Bişkekdə Serxio Qor Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də ABŞ-ın aparıcı biznes nümayəndələri və hökumət rəsmiləri ilə görüşəcək B5+1 Biznes Forumunda iştirak edəcək.

"Səfir Qor Bişkek və Daşkənddə ikitərəfli əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq üçün yüksək vəzifəli şəxslərlə də görüşəcək. ABŞ Qırğızıstan Respublikası və Özbəkistanla iqtisadi əlaqələri gücləndirməyə və bütün regionda sabitliyi və rifahı təşviq edən innovativ tərəfdaşlıqların inkişaf etdirilməsinə sadiqdir", - Dövlət Departamentinin açıqlamasında bildirilir.

Sergio Gore sonuncu dəfə Özbəkistana 2025-ci ilin oktyabr ayında səfər etmişdi. Həmin səfər zamanı o, Prezident, onun aparat rəhbəri və digər rəsmi şəxslərlə görüşmüşdü.

Əziz Mustafa