Macarıstan, Çexiya və Slovakiya Kiyevin maliyyələşdirilməsində iştirak etməyəcəklər
27 Aİ ölkəsindən 24-ünün səfirləri Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avroluq kredit çərçivəsində maliyyələşdirmə mexanizmi barədə razılığa gəliblər. Bu, ötən ilin dekabr ayında Aİ sammitində Rusiya aktivlərinin müsadirə edilməsi əvəzinə qəbul edilib. Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
"Aİ Şurası bu gün 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı Avropa Şurası sazişinin həyata keçirilməsi üçün qanunvericilik bazası ilə bağlı mövqedə razılığa gəlib. Şura indi bu ilin ikinci rübünün əvvəlində ilk tranşların köçürülməsini təmin etmək üçün Avropa Parlamenti ilə mümkün qədər tez bir zamanda razılığa gəlməyi hədəfləyir", - deyə Aİ Şurasının bəyanatında bildirilir.
Öz növbəsində Macarıstan, Çexiya və Slovakiya bu sxemdə iştirak etməkdən imtina etdiklərini bildiriblər.
Avrokredit çərçivəsində Kiyev üçün silah alışı, tələb olunan silahların Avropada mövcud olmadığı hallar istisna olmaqla, əsasən Aİ ölkələrindən həyata keçirilməlidir. Sənəddə qeyd olunur ki, "hərbi məhsullar, prinsipcə, yalnız Aİ, Ukrayna və ya Avropa İqtisadi Bölgəsi ölkələrindəki şirkətlərdən alınmalıdır. Ukrayna ordusunun bu ölkələrdə mövcud olmaya biləcək müdafiə məhsuluna təcili ehtiyacı olduğu təqdirdə, bir sıra hədəf istisnalar tətbiq oluna bilər".
Aİ, Aİ ilə müdafiə tərəfdaşlığı müqavilələri bağlayan və ya Avropa hərbi investisiya proqramlarında iştirak edən Aİ-yə üzv olmayan ölkələrə silah alışında iştirak üçün xüsusi şərtlər vəd edir. Xüsusilə, bu bənd Böyük Britaniyada hərbi sifarişlər vermək üçün daha çox sərbəstlik verəcək.
"Kredit yalnız Rusiya Ukraynadakı müharibə üçün təzminat ödədikdə geri qaytarılacaq", - deyə sənəddə qeyd olunur.
Əziz Mustafa
















.jpg)
.jpg)
.jpg)





































.jpg)























.jpg)
