Özbəkistan Prezidenti Pakistana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Pakistana dövlət səfəri edəcək

10:34
Bəyəndim (2) Bəyənmədim (0)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinin məlumatına görə, 5-6 fevral tarixlərində Pakistana dövlət səfəri edəcək.

Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və Müdafiə Qüvvələrinin Baş Komandanı və Ordu Rəisi Feldmarşal Asim Munir ilə İslamabadda görüş planlaşdırılır.

Strateji Əməkdaşlıq Şurasının ilk iclası da planlaşdırılır.

Müzakirələr iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi, siyasi dialoqun, hökumətlərarası, parlamentlərarası, biznes və regionlararası əlaqələrin gücləndirilməsi mövzularına yönələcək.

Bəyanatda deyilir: "Tərəflər ticarət dövriyyəsinin artırılmasına, sənaye, nəqliyyat və infrastruktur, turizm sahələrində əməkdaşlıq layihələrinin təşviqinə və mədəni-humanitar əməkdaşlığın davam etdirilməsinə xüsusi diqqət yetirəcəklər".

Danışıqlardan sonra birgə bəyannamənin və prioritet sahələrdə sazişlər paketinin imzalanması gözlənilir.

Özbəkistan Prezidenti həmçinin iki ölkənin biznes icmalarının nümayəndələrinin birgə biznes forumunda iştirak edəcək.

Əziz Mustafa