NATO-nun baş katibi Rutte, Suvalki dəhlizinin bağlanacağı təqdirdə Rusiyanı qisasla hədələdi
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya Suvalki dəhlizinin bağlanacağı təqdirdə NATO ölkələri dağıdıcı cavab verəcəklər.
"Sizi əmin edə bilərəm ki, NATO ittifaq üçün hər hansı bir təhdidə cavab verməyə yaxşı hazırdır. Cavabımız dağıdıcı olacaq. Buna görə də şərq cinahımızı gücləndiririk", Rutte blokun müdafiə nazirlərinin görüşündən əvvəl bildirib. Bu barədə Oxuməni.az yerli mətbuata istinadən məlumat verib.
Yanvar ayında IAR xəbər agentliyi Polşa və Litvanın Suvalki dəhlizində yeni hərbi təlim poliqonunun tikintisini müzakirə etdiyini bildirdi. Dəhliz Litvanı Avropa Birliyinin əsas hissəsi ilə birləşdirir. Bu ərazi Belarus və Rusiyanın Kalininqrad vilayəti arasındakı sərhəddə yerləşir.
Əziz MUSTAFA
Digər xəbərlər

























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















