YouTube Ukraynada daha 31 Rusiya təbliğat kanalını bloklayıb
YouTube Ukraynadakı istifadəçilər üçün rusiyalı sənətçilərin, təbliğatçıların və sanksiyalara məruz qalan şəxslərin və şirkətlərin daha 31 kanalını bloklayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının nəzdindəki Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin məlumatında deyilir.
Bloklanan resursların əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləyən, təbliğat tədbirlərində çıxış edən və ya sanksiyalar altında olan rusiyalı müğənnilərə və mədəniyyət xadimlərinə məxsusdur.
Xüsusilə, Filip Kirkorov, Qriqori Leps, Sergey Lazarev, Valeriya, Larisa Dolina, İrina Allegrova, Pelageya qrupu, Denis Maydanov, Yuliya Çiçerinanın, Anna Netrebko və Vasili Gerellin kanallarına giriş məhdudlaşdırılıb.
Rus proqram təminatı istehsalçısı Kaspersky-nin kanalı da siyahıya daxil edilib.
TsPD bu resursların "Rusiya təbliğatı üçün işlədiyini", "müharibə cinayətkarlarını təriflədiyini" və "Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü" dəstəklədiyini vurğulayıb.
Xatırladaq ki, 14 avqustda YouTube Ukraynada Rusiya təbliğatı və Ukraynaya qarşı müharibəni dəstəkləməklə əlaqəli 12 kanalı bloklayıb.
YouTube video baxışlarının sayılması üsulunu dəyişdirib.
Əziz Mustafa




















































































