İşğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı atdığı bu təxribatın kökündə Paşinyan dayanır

İşğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı atdığı bu təxribatın kökündə Paşinyan dayanır

15 İyul 2020 16:24
Bəyəndim (6) Bəyənmədim (0)

Oxuməni.az Yap.az-a istinadən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı ilə müsahibəni oxucularına təqdim edir:

- Məlahət xanım, son günlər işğalçı Ermənistan cəbhə bölgəsində təxribatlar törətməkdədir. Sizcə, bu təxribatları törətməklə erməni tərəfi hansı məqsəd güdür?

- İyulun 12-də dünya özünü “demokrat” kimi qələmə verməyə çalışan təcavüzkar Ermənistanın baş nazirinin növbəti bir təxribatının və insanlığa və bəşəri dəyərlərə qarşı törətdiyi anti-humanist əməlin şahidi oldu. Sözsüz ki, bu atəşkəs müqaviləsi bağlandıqdan sonra işğalçı dövlətin silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi ilk hadisə deyildi. Bugün dünyanın beynəlxalq əməkdaşlıq çərçivəsində kürəsəl təhlükə olan koronavirusla mübarizə apardığı bir dövrdə bu təxribatı törətmək həm də həm də kürəsəl sülhə qarşı edilmiş bir təcavüzkarlıq hesab edilir. Bəşəriyyət bu gün həmrəy olub dünyada tezliklə bu pandemiyadan insanlığı xilas etməyə səfərbər olduğu halda Paşinyan və onun cinayətkar və qəsbkar hökuməti və onun işğalçı ordusunun bu əməlinə daha geniş müstəvidə, təkcə Azərbaycana qarşı cinayət deyil, bəşər insanına qarşı cinayət kimi dəyərləndirmık lazımdır.

Əlbəttə, Azərbaycanın Tovuz rayonu ərazisində sərhədlərimizin artileriyadan atəşə tutulması, atəşkəs rejimini kobud şəkildə pozması bilavasitə Ermənistan rəhbərinin tapşırığı həyata keçirilir. Bu tipli təxribat ilk dəfə deyil, Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi bu dəfə də təcavüzkar orduya lazımınca cavab atəşi və uğurlu əks-həmlə tədbirləri gerçəkləşdirmiş və nəticədə işğalçı dövlətin silahlı qüvvələrinin hücum cəhdinin qarşısı layiqincə alır.

Bir daha qeyd etmək lazımdır ki, bu gün işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı atdığı bu təxribatın kökündə Paşinyan dayanır. Bu gün Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində ölkədəki sosial iqtisadi durumu yarıtmaz vəziyyətə gətirib çıxartmışdır. Xüsusilə də, COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də onun iqtidarının iflasının qarşısını almaqla hakimiyyətinin ömrünü uzatmaq məqsədi dayanır.

- İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verən hadisələrə münasibət bildirdi və qeyd etdi ki, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə videokonfrans formatında keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının çıxışında qeyd olunan məqamlar aydın şəkildə əksini tapıb. Məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası bu gün baş tutub. Çox utancverici bir haldır ki, bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədiyi halda, məhz Ermənistan onun əleyhinə çıxıb və bir daha özünü rüsvay edərək yenidən dünyadan təcrid olunub. Ermənistanın bu addımının bütün insanlıq əleyhinə bir qərar olduğunu məharətlə ifşa edən dövlətimizin başçısı bu məsələyə münasibətini bildirərək deyib: “Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”. Yəni bu, Paşinyanın əməlində və simasında Ermənistan hakimiyyətinin mahiyyətidir. Erməni ideoloqlarının və millətçilərinin faşizmdən qaynaqlanan fəlsəfəsidir.

Bu gün hər kəsə məlumdur ki, Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Yəni ölkənin və ya xalqın rifahını gedib işğal etdiyi Azərbaycan ərazisində oğurladıqları Azərbaycan musiqiləri altında rəqs etməklə düzəltmək mümkün deyil. Bu əməlin özü də təxribatdır. Bunun nəticəsi kimi, müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir. Digər tərəfdən də, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı getdikcə daha çox narahat edir və onlarda, eləcə də digər xarici ermənipərəst qüvvələri daha aqressiv vəziyyətə gətirib çıxarmışdır. Ermənistan və ermənipərəst qüvvələr təkcə Azərbaycana qarşı deyil, geniş anlamda bölgə üçün təhlükədir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Ölkəmizin qazandığı diplomatik uğurları, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması işğalçı Ermənistanı əlbəttə ki, narahat edir. İşğalçı dövlətin rəhbərləri və onların sələfləri çox yaxşı dərk edirlər ki, belə təşəbbüslər ancaq dövlətin və o dövlətin liderinin böyük nüfuzu olduqda dəstəklənir. Necə ki, 2013-cü ildə BMT Təhlükəsizlik Şurasına ölkəmiz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçilmişdi.

- Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu, hücum diplomatiyası nəticəsində qazanılan uğurlar Ermənistanı diplomatik cəbhədə dalana dirəyib. Bu səbəbdən işğalçı ölkə yeni təxribatlara əl atır…

- Azərbaycan Prezidentinin ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında mütəmadi olaraq istər bu gün yaşanan münaqişənin, istərsə də ümumilikdə bölgənin tarixi ilə bağlı gətirdiyi konkret fakt və dəlillər, inkarolunmaz əsaslandırmalar, əlbəttə ki, erməni təbliğatını tamamilə alt-üst edir. Ötən bir il ərzində dövlətimizin başçısının səyləri nəticəsində bu gün artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Son günlər Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat isə rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutundan başqa bir şey deyildir və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməli və işğalçılığa son qoyulması üçün həm də ciddi təzyiq göstərilməlidir.

Sözsüz ki, hər dəfə olduğu kimi Azərbaycan-Ermənistan sərhədində baş vermiş 12 iyul təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Hətta sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar da səsləndiyinin şahidi olduq. Əlbəttə, bu reaksiya Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin son dərəcə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu gün 7-dən 77-yə hər kəs özünü heç bir tərəddüd etmədən ehtiyatda Ali Baş Komandanın müsəlləh əsgəri hiss edir və buna hazırdır. Bu isə Azərbaycan xalqının və ictimaiyyətinin öz liderinə inamından irəli gəlir. Möhtərəm Prezidentimizin sözü ilə desək, “Biz Birlikdə Güclüyük!”. Bu gün Azərbaycan dünyanın 50 ən güclü ordularından biridir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır. Sözsüz ki, düşməni qorxudan səbəblərdən biri də budur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd olunduğu kimi, həyata keçirilən əks əməliyyat nəticəsində Ordumuz tərəfindən düşmənə yetərincə adekvat cavab verilib. Daha doğrusu, hər zaman olduğu kimi şəhidlərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Yekun olaraq demək lazımdır ki, işğalçı Ermənistan dövləti, onun bugünkü rəhbəri və onu dəstəkləyən qüvvələr çox gözəl dərk edir ki, Azərbaycanın dövlət bayrağının işğal altında olan ərazilərimizdə dalğalanması günü yaxındadır. O zaman erməni xalqı, xüsusilə də erməni anaları, təcavüzkar siyasət və hakimiyyət uğrunda itirdikləri oğullarının hesabını tələb edəcəklər. Məhz bu qorxu hissi də onlarda yeni-yeni təxribat və cinayət törətməyə sövq edir.

Oxuməni.az