Təndırdə çörək bişirmək sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb

Təndırdə çörək bişirmək sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb

12:00
Bəyəndim (1) Bəyənmədim (0)


Bu barədə qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Paraqvayın Asunsyon şəhərində keçirilən 19-cu sessiyasında qəbul edilib.
UNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 3 dekabrda elan edilib.
Oxuməni.Az xəbər verir ki, bu barədə UNESCO-nun rəsmi saytında məlumat verilib.
“Qeyri-Maddi İrs Siyahısına yeni bir qeyd əlavə edilib: Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə”, - deyə UNESCO məlumat yayıb.
Xatırladaq ki, bu gün Azərbaycan mədəniyyətinin 24 elementi UNESCO -nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib.
Sessiya dekabrın 7-dək davam edəcək.
Oxuməni.Az