Ermənistanın sabiq nazirinə qarşı cinayət işi açıldı
Ermənistan hökuməti yanında Milli Təhlükəsizlik Xidməti bu ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan barəsində cinayət işi başladıb. Tert.am-ın məlumatına görə, hazırda müxalifət liderlərindən sayılan Vardan Oskanyan "çirkli pulların leqallaşdırılması" və "vergidən yayınma" maddələri ilə şübhəli bilinir. İttihama görə, onun rəhbərlik etdiyi "Sivilitas" fondu ölkə büdcəsinə 2 milyon dollar ziyan vurub. Ermənistan Milli Təhlükəsizlik Xidməti CM-nin 190-cı maddəsinin 3-cü bəndinin 1 hissəsi üzrə sabiq nazirə qarşı cinayət işini davam etdirir.
O.M.
Digər xəbərlər































































































