Suriyada sayca 4-cü erməni əsgəri öldü

Suriyada sayca 4-cü erməni əsgəri öldü

25 İyun 2012 18:59
Bəyəndim (0) Bəyənmədim (0)
Vətəndaş müharibəsində 6 erməni əsilli suriyalı qətlə yetirildi

Suriyada səngimək bilməyən vətəndaş müharibəsində növbəti dəfə erməni əsilli suriyalı əsgər öldürülüb. Tert.am-ın sosial şəbəkələrdəki məlumatlara istinadən yaydığı xəbərə görə, öldürülən şəxs Tel-Abid şəhərinin sakini Raffi İbrahim Kadmus adlı ermənidir. O, Homs şəhərində hökumət və müxalifət qoşunlarının təmas xəttində atışma zamanı qətlə yetirilib.

Məlumatda o da bildirilir ki, dünən Homs ətrafında Cəlal Melkun adlı 20 yaşlı başqa bir erməni əsgər öldürülüb. Ümumiyyətlə, Suriyada vətəndaş müharibəsində 6 erməni əsilli suriyalı ölüb ki, onlardan 4-ü hərbçidir.

O.M.