Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2013-cü il prezident seçkilərində iştirak etməyəcək
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Ermənistanda 2013-cü ilin fevralında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qatılmayacaq. Ermənistanın "Joxovurd" qəzetinin Moskvadakı rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, bu günlərdə Rusiyanın paytaxtında olan sabiq prezident son qərarı barədə bəzi dairələrə məlumat verib. Xəbərdə o da bildirilir ki, Ermənistanın II prezidenti bir müddət böyük siyasətdən uzaq durmaq fikrindədir.
O.M.
Digər xəbərlər































































































